CENTCOM: 118 gəmi blokadaya görə istiqamətini dəyişdi


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-ın İrana qarşı dəniz blokadasının bir hissəsi olaraq marşrutları dəyişdirilən gəmilərin sayının 118-ə çatdığını bildirib.

Turkustan.az xəbər verir ki, CENTCOM bu paylaşımı ABŞ-da yerləşən X şirkətinin sosial media hesabından paylaşıb.

Bəyanatda İrana qarşı dəniz blokadasının bir hissəsi olaraq, 31 may tarixinə qədər İran limanlarına girməyə və ya çıxmağa çalışan 118 ticarət gəmisinin marşrutlarının dəyişdirildiyi və 5 gəminin istismardan çıxarıldığı bildirilir.

ABŞ aprelin 13-dən bəri İrana qarşı dəniz blokadası tətbiq edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ