İran KİV: ABŞ qoşunları geri çəkiləcək, blokada qaldırılacaq


İran dövlət televiziyası Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında 14 maddəlik anlaşma memorandumunu özündə əks etdirən "qeyri-rəsmi ilkin sənəd" əldə edildiyini iddia edən bir reportaj yayımlayıb.

Turkustan.az xəbər verir ki, xəbərdəki məlumata görə, mümkün razılaşmanın bir hissəsi olaraq, ABŞ İrana qarşı dəniz blokadasını ləğv etməyi öhdəsinə götürüb. İran da öz növbəsində kommersiya gəmiçiliyini bir ay ərzində gərginlikdən əvvəlki səviyyəyə qaytarmağa razılıq verib.

Layihədə hərbi gəmilərin müqavilədən kənarlaşdırıldığı və gəmi keçidlərinin idarə olunmasının və marşrutlarının İran və Oman arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyi bildirilir.

Sənəddə həmçinin bildirilirdi ki, ABŞ İranı əhatə edən bölgədən hərbi qüvvələrini çıxarmaq öhdəliyini götürüb, lakin bunun sonradan bölgəyə yerləşdirilən qüvvələri və ya mövcud bazalarda yerləşdirilən qoşunları əhatə edib-etməməsi ilə bağlı danışıqlar davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ