İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Məhəmməd Baqer Zolkadir vəzifəyə başladıqdan sonra ilk açıqlamasında bildirib ki, ölkə geri çəkilməyəcək.
Turkustan.az xəbər verir ki, Zolkadir İran, ABŞ və İsrail arasında yaşanan gərginlik və müharibə ilə bağlı ilk mesajını yayıb.
O, çıxışında birlik və həmrəyliyin hər zamankından daha vacib olduğunu vurğulayaraq deyib:
“Geri çəkilmə olmayacaq. Ordu, diplomatiya və küçələrə çıxan fədakar xalqımız bunu qətiyyətli müqaviməti ilə nümayiş etdirdi və düşməni diz çökdürdü.”
Zolkadir həmçinin milli birliyə zərər verə biləcək bəyanat və addımlardan çəkinməyə çağırıb. O qeyd edib ki, birlik və həmrəylik ruhu ABŞ və İsrail üçün ümidsizlik yaradacaq.
Aytən Yaşar/ Turkustan.az