Ərdoğandan yeni təyinatlar! Yüksək vəzifəli məmurlar işdən çıxarıldı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə Rəsmi Qəzetdə yayımlanan qərarlara əsasən, yüksək səviyyəli dövlət qurumlarında bir sıra kadr dəyişiklikləri aparılıb.

Turkustan.az xəbər verir ki, qərara uyğun olaraq Miqrasiya İdarəsində həm vəzifədən azad etmələr, həm də yeni təyinatlar həyata keçirilib.

Miqrasiya İdarəsinin rəis müavini Niyazi Uluqölge və İnzibati Xidmətlər Baş direktoru Davut Düzgün vəzifələrindən azad ediliblər.

Yeni təyinatlara əsasən, Daxili İşlər Nazirliyinin İnformasiya Texnologiyaları Baş direktoru Muhammet Selami Yazıcı Miqrasiya İdarəsinin rəisi, Murat Karakaya rəis müavini, Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti Əlaqələri Baş direktorunun müavini Ahmet Türköz isə İnzibati Xidmətlər Baş direktoru təyin edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ