İsrail prezidenti İsaak Herzoqun Baş nazir Binyamin Netanyahunun korrupsiya ittihamları ilə bağlı əfv tələbinin işlənməsini dayandırdığı bildirilir.
Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın verdiyi məlumata görə, Herzoq bu qərarı Netanyahunun dialoq çağırışını qulaqardına vurmasından sonra verib.
Xəbərdə Herzoqun Netanyahunun dialoq çağırışına cavab verməməsindən sonra əfv prosesini dayandırdığı bildirilir və xatırladılır ki, təxminən bir ay əvvəl İsrail prezidenti rəsmi olaraq baş prokuror Qali Baharav-Miara və baş nazirin vəkili Amit Hadadı korrupsiya işi üzrə Netanyahunun əfvi ilə bağlı kompromisə gəlməyə dəvət etmişdi və baş prokuror Miara bu təşəbbüsü dəstəkləmişdi.
Hesabatda Netanyahunun məhkəmədəki ifadəsinin tezliklə başa çatacağı və bundan sonra onun əfv tələbinin lazımsız hala düşəcəyi bildirilirdi.
Aytən Yaşar/ Turkustan.az