ABŞ və İran arasında aparılan danışıqlarda İsrailin rolu kəskin şəkildə azalıb.
Turkustan.az xəbər verir ki, “New York Times” nəşri Ağ Evin İsraili ABŞ-İran danışıqları prosesindən faktiki olaraq uzaqlaşdırdığını yazıb.
Məlumata görə, bir vaxtlar Donald Trampın İran siyasətində əsas tərəfdaşlarından hesab olunan İsrailin Baş naziri Benyamin Netanyahu hazırda prosesdə yalnız müşahidəçi rolunda qalır. Bildirilir ki, İsrail rəhbərliyi ABŞ və İran arasında atəşkəslə bağlı aparılan danışıqlarda demək olar ki, iştirak etmir.
Nəşrin xəbərinə əsasən, buna səbəb Netanyahunun “Şir nəriltisi” əməliyyatı başlamazdan əvvəl Trampa təqdim etdiyi həddindən artıq nikbin proqnoz olub. Netanyahu İran rejiminin ABŞ və İsrailin birgə hücumları nəticəsində böyük ehtimalla çökəcəyini bildirmişdi.
Məqalədə qeyd olunur ki, müharibənin əvvəlində Netanyahu qarşıya üç əsas məqsəd qoymuşdu: İranın nüvə proqramının məhv edilməsi, raket proqramının sıradan çıxarılması və rejimin devrilməsi.
Lakin “New York Times” yazır ki, hazırkı vəziyyətdə bu hədəflərin heç biri tam şəkildə həyata keçirilməyib./Musavat.com