"Microsoft" şirkəti İsraildəki ofisini Fransaya köçürəcək


ABŞ texnologiya şirkəti Microsoftun sistem və proqram təminatının İsrail ordusu tərəfindən Qəzza zolağına hücumlarda istifadə edildiyinin ortaya çıxmasından sonra şirkətin İsrail ofisinin fəaliyyətinin müvəqqəti olaraq Fransadan idarə olunacağı bildirilib.

Turkustan.az xəbər verir ki, İsrailin “Globes” biznes nəşrinin məlumatına görə, Microsoft-un İsraildəki baş direktoru Alon Haimovich şirkətin baş ofisi tərəfindən başladılan araşdırmadan sonra istefa verib.

Məlumata əsasən, Microsoft-un ABŞ-dakı qərargahından bir nümayəndə heyəti son həftələrdə Təl-Əvivə səfər edərək İsrail ordusu ilə əməkdaşlığın mahiyyətini araşdırıb. Araşdırma zamanı İsrail Müdafiə Nazirliyinin şirkətin texnoloji sistemlərindən istifadədə tam şəffaf davranmadığı iddia olunub.

Bildirilir ki, Microsoft İsrail ofisi yeni baş menecer təyin edilənədək müvəqqəti olaraq Microsoft France tərəfindən idarə olunacaq.

Bununla yanaşı, nə İsrail hökuməti, nə də Microsoft-un İsrail ofisi məsələ ilə bağlı hələlik rəsmi açıqlama yayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ