Bəşəriyyətin sonunu gətirə biləcək iki əsas təhlükə açıqlandı


Dünyaca məşhur “The Lancet” tibb jurnalında dərc olunan araşdırmada nüvə müharibəsi və süni intellektdən zərərli istifadə nəticəsində 2100-cü ilə qədər bəşəriyyətin mövcudluğunun təhlükə altına düşə biləcəyi barədə xəbərdarlıq edilib.

Turkustan.az xəbər verir ki, 35 mütəxəssisin iştirakı ilə hazırlanan hesabatda qarşıdakı 75 il ərzində insan sağlamlığını təhdid edən 17 əsas risk müəyyənləşdirilib.

Nüvə müharibəsi və süni intellektdən sui-istifadə ən ciddi təhlükələr sırasında göstərilib. İqlim dəyişikliyi, pandemiyalar, havanın çirklənməsi, uşaqlıq dövründə qidalanma problemləri, piylənmə və varlı ölkələrin beynəlxalq yardımı azaltması da əsas risklər arasında yer alıb.

Hesabatda nüvə müharibəsi və süni intellekt vasitəsilə hazırlanmış bioloji silahlarla yanaşı, qlobal ərzaq qıtlığının da bəşəriyyətin mövcudluğuna ciddi təhlükə yarada biləcəyi vurğulanıb.

Mütəxəssislər mümkün fəlakətin miqyasını belə ifadə ediblər: “Zərərin miqyası bəşəriyyət üçün apokalipsis yaradacaq”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ