TƏBİB-in əməkdaşı Əli Hümbətov Gədəbəy Rayon Məhkəməsinin hakimi təyin olunub.
Turkustan.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamda qeyd olunub.
Əli Surxay oğlu Hümbətov TƏBİB-in Hüquq departamentinin Dövlət orqanları ilə iş şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.
O, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyəti dövründə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialında müxtəlif vəzifələrdə çalışıb.
