Böyük Britaniyanın Baş naziri Endi Börnhem Rusiyanın 2016-cı ildə keçirilən Brexit referendumuna müdaxilə etdiyini iddia edib.
Turkustan.az xəbər verir ki, o, vəzifəyə başladıqdan sonra məsələ ilə bağlı araşdırma apardığını və Rusiyanın müdaxiləsinin olub-olmaması barədə müsbət cavab aldığını bildirib.
Börnhem “Rest Is Politics” podkastında çıxışı zamanı Rusiyanın Britaniyanın Avropa İttifaqından çıxmaq qərarına təsir göstərdiyini irəli sürüb.
Baş nazir bildirib ki, vəzifəsinin icrasına başlayanda 2016-cı il referendumuna Rusiyanın müdaxilə edib-etmədiyini araşdırıb. Onun sözlərinə görə, bu suala belə cavab verilib:
“Bəli, olub”.
Qeyd edək ki, 2020-ci ildə dərc olunan hesabat Rusiyanın Brexit referendumuna müdaxilə etdiyi iddiasını təsdiqləyə bilməyib.
Aytən Yaşar/ Turkustan.az