Qırmızı dənizdə miqrant gəmisi batdı: 139 ölü var


Cibuti sahillərində Afrika Buynuzundan Körfəz ölkələrinə getmək istəyən qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində faciə baş verib.

Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı (BMQT) hadisə nəticəsində azı 139 nəfərin öldüyünü, 84 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Qəza zamanı göyərtəsində 305 nəfərin olduğu həddindən artıq yüklənmiş qayıq batıb. Həlak olanlar arasında azı 15 uşağın olduğu təsdiqlənib.

Hadisədən sağ çıxan 80-dən çox şəxsin hamısının Efiopiya vətəndaşı olduğu bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ