Dünyanın gözü Pekindədir! Tarixi sammitdə 5 vacib mövzu müzakirə olunacaq


ABŞ prezidenti Donald Tramp ilə Çin Prezidenti Si Cinpin arasında bu həftə Pekində mühüm sammitin keçirilməsi gözlənilir.

Turkustan.az xəbər verir ki, məlumata görə, iki lider İran, Tayvan, süni intellekt, nüvə silahları və ABŞ-Çin ticarət müharibəsi ilə bağlı məsələləri müzakirə edəcək.

Trampın çərşənbə günü Pekinə səfər edəcəyi, danışıqların isə cümə axşamı və cümə günləri keçiriləcəyi bildirilir. Bu, onun 2017-ci ildən sonra Çinə ilk səfəri olacaq.

Görüşün əsas gündəm mövzularından biri ticarət və investisiya sahəsində yeni razılaşmalardır. ABŞ rəsmiləri bildiriblər ki, danışıqlarda qarşılıqlı ticarət və investisiyaları asanlaşdıracaq yeni mexanizmlər müzakirə olunacaq.

Çinin Boeing təyyarələri, ABŞ kənd təsərrüfatı məhsulları və enerji resursları ilə bağlı yeni alış qərarları açıqlayacağı gözlənilir. Həmçinin nadir torpaq elementləri ilə bağlı tərəflər arasında əldə olunmuş atəşkəsin uzadılması da gündəmdədir.

Sammitdə İran məsələsinin xüsusi yer tutacağı qeyd olunur. Bildirilir ki, Vaşinqton administrasiyası Pekindən Tehrana təsir göstərərək ABŞ ilə razılığa gəlməsi üçün təzyiq etməsini istəyib.

ABŞ-ın Çinlə bağlı əsas narahatlıqlarından biri də Pekinin Rusiya ilə münasibətləri və Moskvaya verdiyi dəstəkdir.

Digər mühüm mövzu isə Tayvan məsələsidir. Məlumata görə, Si Cinpin Vaşinqtonun Tayvan siyasətinə və ABŞ-ın Tayvana hərbi dəstəyinə mənfi reaksiya verib. Bu məsələ iki ölkə arasında gərginliyin davam etməsinə səbəb olur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ