Avropa Birliyinin xarici siyasət rəhbəri Kaja Kallas Rusiya Prezidenti Vladimir Putinin keçmiş Almaniya kansleri Gerhard Şröderlə bağlı təklifini rədd edib.
Turkustan.az xəbər verir ki, Kallas bildirib ki, Putinin Şröderin gələcəkdə Avropa Birliyi ilə Rusiya arasında aparıla biləcək danışıqlarda Avropanı təmsil edə biləcəyi barədə fikri qəbulolunan deyil.
“Putin bizim üçün danışıqçı seçə bilməz. Bundan əlavə, Şröder Rusiya şirkətlərinin lobbiçisidir”, – deyə Kallas vurğulayıb.
AB rəsmisi bununla Moskvanın Avropa adından danışacaq şəxsləri müəyyən etməsinin mümkün olmadığını açıq şəkildə ifadə edib.
Aytən Yaşar/ Turkustan.az