Tramp–Papa mübahisəsi: Vatikanla münasibətlərdə yeni böhran


ABŞ Dövlət Katibi Marko Rubio-nun 7–8 may tarixlərində Vatikan və İtaliya-ya planlaşdırılan səfəri ərəfəsində Vaşinqtonla Vatikan arasında ritorika sərtləşib.

Turkustan.az xəbər verir ki, buna səbəb ABŞ prezidenti Donald Tramp-ın Papa XIV Leoya yönəltdiyi son tənqidlər olub.

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı və hazırda müvəqqəti atəşkəs mərhələsində olan münaqişə fonunda tərəflərin açıqlamaları diqqət mərkəzində qalır. Tramp həm Papa XIV Leonun, həm də Giorgia Meloni-nin müharibə əleyhinə mövqeyini “qəbuledilməz” adlandıraraq onları açıq şəkildə hədəf alıb.

ABŞ prezidenti radio aparıcısı Hugh Hewitt-ə müsahibəsində Papanı “katolikləri riskə atmaqda” ittiham edib və onun İranın nüvə silahına sahib olmasına yumşaq yanaşdığını iddia edib.

Papa XIV Leo isə Kastel Qandolfo-dakı iqamətgahından çıxarkən jurnalistlərin suallarını cavablandırıb. O, Trampın adını çəkmədən Kilsənin əsas missiyasının sülh və Müjdəni təbliğ etmək olduğunu vurğulayıb və bildirib ki, bu mövqeyinə görə edilən tənqidlərə açıqdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ