Senator Sanders: Tramp sonsuz müharibələr başlatdı


ABŞ-ın aparıcı siyasətçilərindən biri, senator Berni Sanders ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu-nu tənqid etməyə davam edərək, onları “sonsuz müharibələrə başlamaqda” günahlandırıb.

Turkustan.az xəbər verir ki, Vermont ştatından müstəqil senator olan Sanders sosial media hesabında paylaşım edərək bildirib ki, bu münaqişələr nəticəsində xüsusilə İran, Livan və Körfəz ölkələrində ciddi insan itkiləri baş verib. Onun sözlərinə görə, İranda 3 375 nəfər həlak olub, 26 500 nəfər yaralanıb.

Sanders qeyd edib ki, Livanda 2 702 nəfər həyatını itirib, 8 311 nəfər yaralanıb. O, həmçinin Körfəz ölkələrində 28 nəfərin öldüyünü və 289-dan çox insanın yaralandığını bildirib.

Senator əlavə edib ki, İsraildə 26 nəfər ölüb, 7 791 nəfər yaralanıb. Bundan başqa, 13 ABŞ hərbçisi həyatını itirib, 381 nəfər isə yaralanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ