ABŞ və İran arasında elan olunan müvəqqəti atəşkəsdən dörd həftə sonra diplomatik səylər davam edərkən diqqətçəkən yeni inkişaf baş verib.
Turkustan.az xəbər verir ki, Tehran administrasiyası son təklifini Pakistan vasitəçiliyi ilə Vaşinqtona çatdırıb.
Tərəflər arasında yenidən toqquşma ehtimalı gündəmdə qalsa da, diplomatik təmaslar fasiləsiz şəkildə davam edir. İranın yeni təklifi göstərir ki, bu həssas mərhələdə siyasi həll yolları axtarışı hələ də prioritet olaraq qalır.
Ağ Ev daha əvvəl İranın təqdim etdiyi ilk yazılı sülh təşəbbüsünü qəbul etməmişdi. ABŞ tərəfi sənəddə nüvə ehtiyatları və uranın zənginləşdirilməsi kimi əsas məsələlərin yer almamasını əsas gətirərək təklifi rədd edib.
Pakistan vasitəsilə çatdırılan yeni təklifin detalları və Vaşinqtonun buna verəcəyi cavab böyük maraq doğurur. Analitiklər hesab edir ki, bu prosesin nəticəsi regiondakı güc balansına birbaşa təsir göstərə bilər.
Aytən Yaşar/ Turkustan.az