Fransada daşqın xəbərdarlığı: fövqəladə vəziyyət elan edildi


Fransada daşqın riski ilə əlaqədar Herault və Gard departamentlərində qırmızı həyəcan siqnalı verilib.

Turkustan.az xəbər verir ki, Fransanın cənubundakı Lozer, Ardeş və Buş-dü-Ron departamentlərində də daşqın təhlükəsinə görə xəbərdarlıq səviyyəsi narıncıya qaldırılıb.

Fransanın Meteo-France meteorologiya agentliyi səhər saatlarından etibarən Herault və Gard departamentlərində güclü yağış və küləklərin müşahidə olunacağı barədə xəbərdarlıq edib. Agentlik iki departamentdə daşqın xəbərdarlığının narıncıdan qırmızı səviyyəyə qaldırıldığını, Lozer, Ardeş və Buş-dü-Ron üçün isə narıncı xəbərdarlığın qüvvədə olduğunu bildirib.

Fransanın dəmir yolu şirkəti SNCF isə əlverişsiz hava şəraiti səbəbindən Gard departamentinin inzibati mərkəzi Nim ilə Klermon-Ferran arasında qatar reyslərinin hər iki istiqamətdə ləğv edildiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ