1300-dən çox israilli Sukkot (Çardaqlar Bayramı) münasibətilə işğal altındakı Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə basqın edib.
Turkustan.az xəbər verir ki, Qüds İslam Vəqf İdarəsinin açıqlamasına görə, səhər saatlarında İsrail polisinin himayəsi altında 1317 israilli Əl-Əqsa məscidinə daxil olub.
İdarənin adı açıqlanmayan rəsmisi bildirib ki, yüzlərlə israilli İsrail polisinin müşayiəti ilə məscidə daxil olmağa davam edib.
Rəsminin sözlərinə görə, basqınlar zamanı Əl-Əqsa məscidindəki tarixi status-kvo pozulub, dini ayinlər keçirilib, dualar oxunub, mahnılar səsləndirilib və rəqslər edilib.
Qüds İslam Vəqf İdarəsinin məlumatına görə, minlərlə israilli sentyabrın 27-dən etibarən Sukkot bayramı bəhanəsi ilə Əl-Əqsa məscidinə daxil olur.
Aytən Yaşar/ Turkustan.az