Rusiya müharibənin 1511-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 133 954 PUA-sı, 656 zenit-raket kompleksi, 28 885 tank və digər zirehli texnikası, 1 700 reaktiv yaylım atəş sistemi, 34 427 artilleriya və minaatanı, 59 352 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Bəs bu günədək müharibədə Rusiya ordusunun itkiləri nə qədərdir?
Turkustan.az xəbər verir ki, Rusiya tərəfi Ukraynanın texnika itkilərini müntəzəm açıqlasa da, öz texnika itkilərini rəsmi şəkildə və tam həcmdə paylaşmır. Buna görə real mənzərə əsasən açıq mənbə araşdırmaları, Qərb analitik qiymətləndirmələri və Ukraynanın açıqladığı məlumatlar əsasında formalaşır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının ən son 14 aprel 2026-cı il açıqlamasına görə, indiyədək Rusiya ordusunun 11863 ədəd tankı, 24389 ədəd zirehli döyüş maşını, 39953 ədə artilleriya sistemi, 1732 ədəd reaktiv yaylım atəş sistemi (RSZO), 1346 hava hücumundan müdafiə sistemi, 435 təyyarəsi, 35 ədəd helikopteri, 237853 ədəd PUA (operativ-taktiki), 4517 ədəd qanadlı raketləri, 33 ədəd gəmi və qayığı, 2 sualtı qayığı, 89 300 ədəd hərbi avtomobil və yanacaq texnikası, 4123 Xüsusi texnikaları məhv edilib.
Məlumata görə, təkcə son sutka üzrə Rusiya ordusunun 38 artilleriya qurğusu, 4 ədəd RES, 2 tank, 3 zirehli texnika, 2459 PUA, 201 avtomobil texnikası sıradan çıxarılıb.
Qeyd edək ki, bu rəqəmlər Ukrayna tərəfinin iddialarıdır və müharibə şəraitində informasiya müharibəsinin bir hissəsi kimi də ola bilər. Rusiya həmin rəqəmləri təsdiqləmir və öz itkilərini xeyli aşağı göstərir. /Musavat.com/