Baxçalı: Əlavə seçkilər olmayacaq, seçki vaxtında keçiriləcək


MHP lideri Dövlət Baxçalı partiyasının parlament qrup toplantısında çıxış edərək bildirib ki, növbədənkənar seçkilər keçirilməyəcək.

Turkustan.az xəbər verir ki, o, əlavə edib: “Seçkilər vaxtında baş tutacaq. Bu, türk millətinin iradəsidir və bu iradəyə hörmətlə yanaşılmalıdır.”

Baxçalı çıxışında Yaxın Şərqdə baş verən hadisələri yalnız qısa müddətli gərginliklər və ayrı-ayrı hərbi toqquşmalar prizmasından qiymətləndirməyin “böyük mənzərəni görməməzlikdən gəlmək” olduğunu vurğulayıb.

O qeyd edib ki, bölgədəki vəziyyət diplomatiya və hərbi əməliyyatların, enerji resurslarının təhlükəsizliyinin, sərhəd nəzarətinin, beynəlxalq hüququn, eləcə də irqçi və məzhəbçi yanaşmaların bir-biri ilə sıx şəkildə əlaqələndiyi çoxqatlı qarşıdurma sistemidir.

Baxçalı həmçinin ABŞ və İsrailin İrana qarşı hücumlarını xatırladaraq, bölgədə artan gərginliyin daha geniş nəticələr doğura biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ