Bu ölkədəki ukraynalı kişilərə bəd xəbər: Hamısı müharibəyə göndəriləcək


Almaniya kansleri Fridrix Merts bildirib ki, ölkəsi hərbi xidmət yaşına çatmış kişilərin Ukraynaya qayıtmasını asanlaşdıracaq.

Turkustan.az xəbər verir ki, o, bu açıqlamanı Berlində Vladimir Zelenski ilə görüşündə verib.

Siyasətçinin sözlərinə görə, Almaniya hökuməti ölkədə sığınacaq tapan Ukrayna vətəndaşları ilə bağlı məsələlərdə sıx əməkdaşlıq edəcək və onların vətənə qayıtmasını asanlaşdıracaq.

O, həmçinin qeyd edib ki, Almaniyada sığınacaq axtaran ukraynalı kişilərin sayını məhdudlaşdırmaq üçün Ukrayna ilə iş aparılacaq, çünki onların "ölkələrinə kömək etmələri" vacibdir.

Daha əvvəl mediada bildirilirdi ki, hazırda Aİ Avropadakı ukraynalı qaçqınların statusunda mümkün dəyişiklikləri müzakirə edir./publika.az


MANŞET XƏBƏRLƏRİ