ABŞ İranla bağlı gərginlik fonunda Hörmüz boğazı ətrafında hərbi dəniz qüvvələrinin sayını artırıb.
Turkustan.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri ABŞ-nin yüksəkvəzifəli mənbəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, bölgədə 15-dən artıq hərbi gəmi fəaliyyət göstərir. Onların arasında aviadaşıyıcı, idarəolunan raket sistemləri ilə təchiz olunmuş esmineslər, desant gəmisi və digər döyüş texnikaları var. Həmin gəmilərin bəziləri helikopter daşımaq və əməliyyatları dəstəkləmək imkanına malikdir.
Qeyq edək ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı aprelin 13-dən etibarən İran ətrafında dəniz blokadasına start verildiyini açıqlayıb. Bu çərçivədə İrana doğru hərəkət edən və ya ölkə sahillərindən uzaqlaşmağa çalışan gəmilərin hərəkətinə nəzarət nəzərdə tutulur. /Oxu.az/