Anar Ələkbərov hər zaman dövlətimiz və dövlətçiliyimiz üçün çalışır


Heydər Əliyev Fondu yarandığı vaxtdan etibarən ölkəmizdə elm, mədəniyyət, səhiyyə və digər humanitar sahələrin inkişafına təkan verən fəaliyyət həyata keçirib. Azərbaycanın müxtəlif bölgələrində məktəblərin, uşaq bağçaların tikilməsində, bərpasında əməli işlər görüb. Eyni zamanda yarandığı gündən müharibə əlillərinə, şəhid əlillərinə, qazilərə xüsusi diqqət və qayğı göstərib. Həm Aprel döyüşlərində, həm 44 günlük Vətən müharibəsində biz bu qayğını ən yüksək səviyyədə görmüşük.

Bu fikirləri Turkustan.az-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nın sədri Emin Həsənli bildirib.

Emin Həsənli 44 günlük müharibə zamanı Fondun döyüş bölgələrinə, hərbçilərimizə xeyli yardımlar göndərdiyini də yada salır: "Həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də müharibədən sonra azad olunmuş ərazilərə zəruri geyim, texniki vasitələrin çatdırılması istiqamətində çox böyük dəstək olub. Mən bu dəstəyin şahidiyəm. Bu prosesin həyata keçirməsində rəhbərlik etdiyim İctimai Birlik də iştirak edib.

Bizim təşkilatımız da, bir çox cənclər təşkilatı kimi, Heydər Əliyev Fondundan dəstək alıb. Fond müharibə əlillərinin, qazilərin protez məsələsinin Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə ən yüksək səviyyədə həll olunması üçün lazım olan bütün işləri gördü. Ehtiyacı olanlar ən müasir standartlara uğun protezlərlə təmin edilib.

Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun xidmətləri böyükdür.

Xeyli sayda şəhid ailəsinin, qazinin müalicəsinin yüksək səviyyədə təşkili, onların məşğulluğunun təmin olunması üçün qarşıya çıxan problemlərin həll edilməsinə Anar Ələkbərovun necə həssaslıqla yanaşmasının bu proseslərin bilavasitə iştirakçısı kimi özüm də şahidi olmuşam.

Şəhid ailələrinə Ramazan ayında davamlı olaraq iftar süfrələrinin verilməsi, bayram tədbirlərinin keçirilməsi, əlamətdar günlərdə hər bir şəhid ailəsinin evinin ziyarət edilməsi, onlara maddi və mənəvi dəstək verilıməsində Anar müəllimin qayğısı hər zaman hiss olunur.

Eyni zamanda bu kateqoriyadan olan şəxslərin asudə vaxtının təşkili, şəhid övladlarının ayrı-ayrı rayonlara və ölkəmizdən kənara səfərlərinin təşkil edilməsi, onların iştirakı ilə düşərgələrin təşkili edilməsi də xüsusi qeyd olunmalıdır. Bütün bu işlərin görülməsində Anar Ələkbərovun xidmətləri böyükdür.

Heydər Əliyev mərkəzi də yarandığı gündən Silahlı Qüvvələrlə bağlı müxtəlif tədbirlər, görüşlər keçirir ki, mən özüm də bu tədbirlərin iştirakçısı kimi Anar Ələkbərovun bu sahədə gördüyü işlərin şahidi olmuşam.

Təkcə “Əsgərə məktub” layihəsini xatırlamaq kifayətdir. Bu möhtəşəm layihənin həyata keçirilməsində də Anar Ələkbərovun fəliyyəti xüsusi qeyd olunmalıdır.

Biz, İctimai Birlik olaraq, bu proseslərin hamısının canlı şahidiyik.

Bütün bu sadalananlar deməyə əsas verir ki, Heydər Əliyev Fondu, onun rəhbərliyi, eyni zamanda icraçı direktoru Anar Ələkbərov hər zaman dövlətimiz və dövlətçiliyimiz üçün çalışır. Aparılan çirkin kampaniyalar bu fəaliyyətə heç zaman kölgə sala bilməz. Biz, eyni zamanda müharibənin alovundan keçmiş insanlar bu həqiqəti bilir və qiymətləndiririk.

Bu gün hörmətli Anar Ələkbərovun doğum günüdür. Onu təbrik edir və ona fəaliyyətində uğurlar arzulayırıq".


MANŞET XƏBƏRLƏRİ