Mətbuat Şurası Aqil Camalı təltif edib


Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid "Türküstan" qəzetinin baş redaktoru Aqil Camala 50 illik yubileyi ilə bağlı təbrikini çatdırıb, ona rəhbəri olduğu qurumun diplomunu təqdim edib. Şurada keçirilmiş görüşdə jurnalistin bu il 20 yaşı tamam olan nəşrdəki səmərəli fəaliyyəti, təşkilatçılığı və bacarığı vurğulanıb.

Bildirilib ki, yubilyar həm peşəkarlığı və həssaslığı, həm də təvazökarlığı ilə nümunədir. Ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulanıb.


MANŞET XƏBƏRLƏRİ