Baxçalı Netanyahunun bu cür açıqlamalarına sərt cavab verdi


MHP lideri Dövlət Baxçalı İsrailin baş naziri Binyamin Netanyahunun Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan açıqlamalarına sərt reaksiya verib.

Turkustan.az xəbər verir ki, Baxçalı sosial şəbəkədə yayımladığı açıqlamada Türkiyə Cümhuriyyətinin böhtanlarla sarsılacaq və ya ucuz təbliğatla istiqaməti dəyişdiriləcək bir dövlət olmadığını bildirib.

O qeyd edib ki, uzun müddət cinayət törətməkdə ittiham olunan və fundamental insan hüquq və azadlıqlarına hörmət etmədiyini düşündüyü İsrail Baş naziri Netanyahunun Türkiyə Prezidenti haqqında səsləndirdiyi sözlər təkcə siyasi xəyalın deyil, həm də mənəvi iflasın göstəricisidir.

Baxçalı əlavə edib ki, Netanyahunun açıqlamaları “nəzarətsiz günahkarlıq kompleksi”nin, “qan və qırğın üzərində qurulmuş siyasətin” və “küncə sıxışdırılma qorxusunun” ifadəsidir.

Onun sözlərinə görə, bu cür bəyanatlar Türkiyəni hədəf almır, əksinə onları səsləndirən tərəfin “legitimlik böhranını” ortaya qoyur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ