Pezeşkian Papanı dəstəklədiyini bəyan etdi


İran prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın Vatikan dövlətinin başçısı Papa XIV Leonu müharibə əleyhinə mövqeyinə görə tənqid etməsini qınayıb.

Turkustan.az xəbər verir ki, Tramp ilə Papa arasında gərginlik artıb. ABŞ prezidenti Donald Tramp Katolik dünyasının mənəvi lideri Papa XIV Leo barədə “Biz Papanı sevmirik; o, həddindən artıq liberal insandır. Mən belə bir Papa istəmirəm” deyib. Papa isə cavabında “Mən Tramp administrasiyasından qorxmuram” açıqlamasını verib.

İran prezidenti Məsud Pezeşkian sosial media hesabında paylaşım edərək Papa XIV Leoya dəstəyini ifadə edib. O bildirib: “Müqəddəs Papa XIV Leon, böyük İran xalqı adından sizə ünvanlanan təhqiri qınayıram və sülh və qardaşlıq peyğəmbəri İsaya qarşı hörmətsizliyin azad insanlar üçün qəbuledilməz olduğunu bəyan edirəm. Qələbəniz üçün Allaha dua edirəm.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ