AK Partiya Mərkəzi İcra Komitəsinin iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə partiyanın mərkəzi qərargahında keçirilib.
Turkustan.az xəbər verir ki, iclasda ABŞ ilə İran arasında əldə olunan müvəqqəti atəşkəs razılaşması və “Terrorsuz Türkiyə” prosesi müzakirə olunub.
Məlumata görə, Prezident Ərdoğan ABŞ–İsrail–İran gərginliyinin qlobal enerji və təchizat zəncirinə təsir etdiyini qeyd edərək, əldə edilən müvəqqəti atəşkəsin əhəmiyyətini vurğulayıb və bunun davamlı sülhə çevriləcəyinə ümid etdiyini bildirib. O, həmçinin Türkiyənin müdafiə sənayesinə yatırılan investisiyaların bu cür risklər fonunda strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
İclasda eyni zamanda AK Partiyanın Mərkəzi Qərar Qəbuletmə və İdarəetmə Şurasında (MKYK) “Terrorsuz Türkiyə” prosesi ilə bağlı son vəziyyət dəyərləndirilib. Prezident Ərdoğan prosesin həssaslığını vurğulayaraq, onun həyata keçirilməsi üçün zəruri hüquqi addımların atılması ilə bağlı göstəriş verib.
Aytən Yaşar/ Turkustan.az