İddia: Netanyahu Trampı Livanla bağlı qərarını dəyişdirməyə inandırdı


Tramp Netanyahu ilə danışıqdan sonra Livan qərarını dəyişdi.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın əvvəlcə ABŞ və İran arasında müvəqqəti atəşkəsə Livanın da daxil edilməsinə razılıq verdiyi, lakin İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığından sonra mövqeyini dəyişdiyi iddia olunur.

Turkustan.az xəbər verir ki, ABŞ-ın CBS News kanalına danışan və adları açıqlanmayan iki mənbə Trampın Livanla bağlı qərarındakı dəyişiklik prosesini izah edib.

Məlumata görə, Tramp ilkin mərhələdə Livanın da müvəqqəti atəşkəs razılaşmasına daxil edilməsini təsdiqləyib. Vasitəçilər də bu ölkənin razılaşmanın tərkib hissəsi olduğuna inanırdı. Bu çərçivədə Pakistanın Baş naziri Şahbaz Şərif və İranın xarici işlər naziri Abbas Əraqçi də müvafiq açıqlamalarla çıxış ediblər.

Atəşkəsin elan edildiyi gün Ağ Ev rəsmilərindən biri CBS News-a bildirib ki, İsrail də Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmanın şərtlərini qəbul edib.

Lakin həmin gün Trampla Netanyahu arasında keçirilən telefon danışığından sonra ABŞ prezidentinin mövqeyi dəyişib. Sonrakı açıqlamasında Tramp Livanın Hizbullah amili səbəbindən razılaşmaya daxil edilmədiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ