İsrail ordusu Tehran boyunca infrastruktur obyektlərini hədəfə aldı


İsrail ordusu ABŞ ilə birgə həyata keçirilən əməliyyatlar çərçivəsində İranın paytaxtı Tehranda bir sıra infrastruktur obyektlərinə hava zərbələri endirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrail tərəfi dünən Tehranda baş verən hücumlarla bağlı rəsmi bəyanat yayıb.

Bəyanatda şəhər üzrə müxtəlif infrastruktur obyektlərinin hədəf alındığı bildirilib. İddialara görə, zərbə endirilən obyektlər arasında İnqilab Keşikçiləri Korpusuna məxsus hava hücumundan müdafiə sistemi üçün raketlərin saxlanıldığı zavod da var.

Həmçinin qeyd olunur ki, hücumların hədəfləri sırasında silah tədqiqat və inkişaf müəssisələrinin təhlükəsizliyini təmin edən hərbi obyektlər, ballistik raket anbarları, eləcə də silah istehsalı və araşdırma mərkəzləri yer alıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ