İran mediası: Tehranda ABŞ-ın casus yuvası vuruldu


ABŞ-İsrail aviazərbəsinin Tehrana endirdiyi zərbənin keçmiş ABŞ səfirliyini hədəf aldığı bildirilir.

Turkustan.az xəbər verir ki, yarırəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, Tehranın Talekani küçəsində yerləşən və "casus yuvası" adlandırılan keçmiş ABŞ səfirliyinə hücum edilib.

Hücum nəticəsində keçmiş səfirlik binasının ətrafındakı mağazalara ziyan dəydiyi bildirilir.İran mediasında dərc olunan görüntülərdə hücumdan sonra səfirlik binasından və ətraf ərazidən tüstü qalxdığı görünürdü.

İrandakı inqilabdan sonra 4 noyabr 1979-cu ildə İran tələbə qrupları tərəfindən işğal edilən ABŞ-ın Tehrandakı səfirliyi hazırda muzey kimi fəaliyyət göstərir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ