İraq nefti Suriya vasitəsilə beynəlxalq bazarlara daşınacaq


İraqdan çıxaraq Suriya üzərindən beynəlxalq bazarlara yönəldilən 176 neft tankeri Tanef sərhəd keçid məntəqəsi vasitəsilə ölkəyə daxil olub.

Turkustan.az xəbər verir ki, yanacaq Banyas Neft Terminalına çatdırılacaq və burada tanker gəmilərinə yüklənərək dəniz yolu ilə ixrac ediləcək.

SANAya danışan Suriya Milli Neft Şirkətinin nümayəndəsi Safvan Şeyx Əhməd bildirib ki, ilk karvanın Banyas limanına çatması və boşaltma işlərinin həyata keçirilməsi planlaşdırılır.

O qeyd edib ki, bu cür daşımalar Suriyanın enerji tranzit mərkəzi kimi rolunu gücləndirəcək, tranzit ticarəti artıracaq və dövlət gəlirlərinə müsbət təsir göstərəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ