İran vətəndaşları bu ölkəyə girə bilməyəcək - Qadağa qoyuldu


İran vətəndaşlarının Birləşmiş Ərəb Əmirliklərinə girişinə və ya tranzitinə qadağa qoyulub.

Turkustan.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Dubayda yerləşən “Emirates” aviaşirkəti məlumat yayıb.

“Flydubai” aviaşirkəti isə qeyd edib ki, BƏƏ-nin “Qızıl viza”sına sahib olan İran vətəndaşlarına bu qadağa şamil olunmur.

Qeyd edək ki, bu məhdudiyyətlər İran ilə Körfəz ölkələri arasında artan gərginlik fonunda tətbiq edilib./publika.az


MANŞET XƏBƏRLƏRİ