İranda ABŞ və İsrailin davam edən hücumları fonunda ölkə daxilində nüvə silahı ilə bağlı çağırışların artdığı bildirilir.
Turkustan.az xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb.
Məlumata görə, Əli Xameneinin ölümündən sonra ölkədə güc balansı dəyişib və SEPAH-ın təsiri daha da güclənib. Xüsusilə sərt xətt tərəfdarları İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi-ndən çıxmasını açıq şəkildə müdafiə etməyə başlayıblar.
Eyni zamanda bu dairələr nüvə silahının hazırlanması və hətta sınaqdan keçirilməsi ilə bağlı çağırışları intensivləşdiriblər. /Musavat.com/