Hizbullah gecə saatlarından etibarən Livanın cənubunda və İsrailin şimalında yerləşən ərazilərdə İsrail əsgərlərinə qarşı 40 hücum həyata keçirdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullah üzvləri ilə toqquşmaların baş verdiyi yaşayış məntəqələrinə ağ fosfor mərmiləri ilə zərbələr endirib.
Livan Milli Xəbər Agentliyinin (NNA) məlumatına görə, hücumlar Deyr Siryan, Kantara, Taybe, Yahmar əş-Şakif, Zautar, Furun əl-Qanduriyya və Burc Kalavai bölgələrini əhatə edib.
Məlumata görə, Deyr Siryan və Kantara–Taybe yolu istiqamətində İsrail əsgərlərinin hədəfə alınmasından sonra Taybe şəhəri üzərində İsrailə məxsus “Apaçi” tipli hücum helikopteri müşahidə olunub.
Hizbullahın açıqlamasında həmçinin qeyd edilib ki, İsrailin şimalına yönəlmiş hücumların intensivliyi artıb və son gecə ərzində bölgədə İsrail qüvvələrinə qarşı ümumilikdə 40 əməliyyat həyata keçirilib.
Aytən Yaşar/ Turkustan.az