Tramp administrasiyası bu şəxsi mümkün lider hesab edir – Politico


ABŞ administrasiyası Məhəmməd Bağır Qalibafı “güzəştə gedə bilən fiqur” və “potensial lider namizədi” kimi qiymətləndirir.

Turkustan.az xəbər verir ki, Politico nəşrinin adı açıqlanmayan Ağ Ev rəsmilərinə istinadən yaydığı məlumata görə, Donald Tramp administrasiyası Qalibafın İranda mümkün hökumət dəyişikliyi və ya diplomatik danışıqlarda əsas rol oynaya biləcəyinə inanır.

Vaşinqtonun Qalibafı “danışıqlar aparıla bilən fiqur” kimi gördüyü bildirilir. Rəsmilər onun namizədliyinin “ən aktual seçimlərdən biri” olduğunu qeyd etsələr də, bu məsələdə tələsik qərar verilməməli olduğunu vurğulayırlar.

Məlumata görə, Tramp administrasiyası Hark adasına hərbi hücum variantını nəzərdən keçirmir. Əvəzində, yeni liderin Venesuela modelinə bənzər şəkildə neft sazişi bağlayacağına ümid edilir.

Rəsmilər iddia edirlər ki, məqsəd ABŞ-ın Venesuelada tətbiq etdiyi yanaşmaya uyğun olaraq, keçid dövründə hakimiyyəti idarə edə biləcək bir fiqurun önə çıxmasını təmin etmək və bununla da Vaşinqtonun istədiyi razılaşmanın əldə olunmasına şərait yaratmaqdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ