Almaniya Ukrayna və Körfəz ölkələrinə silah ixracını asanlaşdırdı


Almaniya Ukraynaya, eləcə də Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə, Qətərə, Küveytə, Bəhreynə və Omana hərbi texnika ixracına nəzarəti yumşaldıb.

Turkustan.az xəbər verir ki, Almaniya Yaxın Şərqdəki münaqişələrdən sonra müdafiə ehtiyacları artan Körfəz ölkələrinə və Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya hərbi texnika ixracını sürətləndirmək qərarına gəlib.

Almaniya İqtisadiyyat və Energetika Nazirliyi Körfəz ölkələrinə və Ukraynaya hava və dəniz müdafiə sistemlərinin göndərilməsini asanlaşdırmaq üçün yeni bir tənzimləmə elan etdi.

Federal İqtisadi İşlər və İxrac Nəzarəti İdarəsi (BAFA) ilə əlaqələndirilərək tətbiq edilən "Ümumi İxrac Lisenziyası" (AGG 48) qaydası Ukrayna ilə yanaşı, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Omanı da əhatə edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ