Tramp: Heç bir yerə qoşun göndərmirəm!


ABŞ prezidenti Donald Tramp Ağ Evdə Yaponiyanın Baş naziri Takaiçi Sanae ilə görüş keçirib.

Turkustan.az xəbər verir ki, görüş zamanı İranla bağlı gərginliyə toxunan Tramp bildirib ki, ABŞ-ın bölgəyə qoşun göndərmək planı yoxdur: “Mən heç yerə qoşun göndərmirəm. Hətta göndərsəydim belə, bunu açıqlamazdım”.

Tramp İranın neft ixracında mühüm rol oynayan Xarq adasına da münasibət bildirib. O, adanı zəif qorunan ərazi kimi xarakterizə edərək, ABŞ-ın istənilən vaxt nəzarətə götürə biləcəyini iddia edib.

ABŞ prezidenti əlavə edib ki, İranın hərbi imkanları məhduddur: “Onların güclü donanması, hava qüvvələri və effektiv hava hücumundan müdafiə sistemi yoxdur. İstədiyimiz bölgəyə uça bilirik və bizə qarşı atəş açılmır”.

Tramp həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə enerji obyektlərinə hücumların qarşısının alınması mövzusunda müzakirələr apardığını qeyd edib.

Hörmüz boğazı ilə bağlı fikirlərini də bölüşən Tramp bildirib ki, ABŞ bu məsələdə birbaşa maraqlı deyil, lakin digər ölkələrin təşəbbüs göstərməsini daha uyğun hesab edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ