İsrail ordusunun bu gün Livanın müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlar nəticəsində azı 35 nəfərin öldüyü bildirilir.
Turkustan.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA İsrailin ölkənin cənubundakı Tir əyalətinin Bariş şəhərinə endirdiyi hava zərbəsi nəticəsində üç nəfərin öldüyünü açıqlayıb. Tir əyalətinin Deyr Antar şəhərində baş verən digər hücumda isə İsrailə məxsus pilotsuz uçuş aparatının bir nəqliyyat vasitəsini hədəf alması nəticəsində bir nəfər həlak olub. Bildirilir ki, hücumların hədəfi mülki binalar olub.
Gecə saatlarında İsrail təyyarələri paytaxt Beyrutun Ramle Beyda bölgəsini, eləcə də paytaxtın cənubunda yerləşən Aramun ərazisini bombalayıb.
Livan Səhiyyə Nazirliyi Ramle Beyda bölgəsində baş verən hücum nəticəsində 12 nəfərin öldüyünü, 28 nəfərin yaralandığını açıqlayıb. İsrailin Aramun şəhərinə endirdiyi zərbə nəticəsində isə 5 nəfər həlak olub, 7 uşaq yaralanıb.
Bint Cbeil şəhərinin cənubunda bir nəqliyyat vasitəsinə edilən hücum nəticəsində 3 nəfər həlak olub. Beyrutun Dahiye rayonunda yerləşən bir universitetə edilən hücum zamanı isə 2 nəfər həyatını itirib.
Aytən Yaşar/ Turkustan.az