İsrail: Hücumlar vaxt məhdudiyyəti olmadan davam edəcək


İsrail Müdafiə Nazirliyinin yazılı açıqlamasında Katzın İsrail Baş Qərargah rəisi Eyal Zamir, İsrail hərbi qüvvələrinin komandirləri və kəşfiyyat rəsmiləri ilə qiymətləndirmə görüşü keçirdiyi bildirilib.

Turkustan.az xəbər verir ki, bəyanata görə, Katz İran İnqilab Keşikçiləri Korpusuna (İİKK) və onunla əlaqəli milis qüvvələrinə (Bəsic) qarşı hücumlar həyata keçirdiklərini bildirib və hücumların davam edəcəyi mesajını verib.

Katz, hücum etdikləri hər hədəflə İran rejiminə zərər verəcəklərini və onu devirməyə daha da yaxınlaşacaqlarını iddia edərək, "İran xalqının ayağa qalxıb bu rejimi devirmək üçün hərəkətə keçməsini təmin etmək üçün bunu etməyə davam edəcəyik" dedi.

Katz, ABŞ və İsrail tərəfindən birgə həyata keçirilən hücumların "lazım olduğu müddətcə" və "bütün məqsədlərə çatana qədər" davam edəcəyini iddia etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ