Bir müddətdir Kubaya qarşı iqtisadi sanksiyaları artıran ABŞ prezidenti Donald Tramp, Kubanın “çox tezliklə süqut edəcəyini” bildirib.
Turkustan.az xəbər verir ki, Tramp CNN-ə verdiyi müsahibədə Kuba ilə bağlı açıqlamalar verib. O deyib:
– Kuba da çox tezliklə süqut edəcək. Onlar razılaşma əldə etməyə çalışırlar.
Prezident əlavə edib ki, razılaşma prosesinə dövlət katibi Marko Rubionu cəlb edəcək və hazırda məsələyə ciddi diqqət yetirilir.
Tramp çıxışında bildirib:
– Mən bu anı 50 ildir gözləyirəm. İndi isə Kuba mənim dizimdədir və bu məsələdə çox yaxşı irəliləyiş əldə edirik.
O, bir gün əvvəl Ağ Evdə kubalı amerikalıların evə qayıtmasının “yalnız zaman məsələsi” olduğunu da vurğulamışdı.
Tramp həmçinin İranla bağlı əməliyyatların “uğurlu” olduğunu iddia edərək, Tehran rejiminin təslim olacağını bildikdən sonra, “Kuba da süqut edəcək” deyib.
Aytən Yaşar/ Turkustan.az