Bu ölkədən İrana məxfi mesaj göndərildi: planlar çatdırıldı


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranı raket və pilotsuz aparat hücumlarına cavab olaraq potensial tədbirlər barədə məxfi şəkildə xəbərdar edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) məlumat yayıb.

Bildirilib ki, bu tədbirlərdən biri İranın ölkədəki aktivlərinin dondurulması ola bilər.

“Cavab tədbirləri kimi müxtəlif addımlar nəzərdən keçirilir. BƏƏ-də fəaliyyət göstərən saxta şirkətlərin aktivlərinin dondurulmasından tutmuş, rəsmi bank kanallarını keçmədən pul çıxarılan yerli valyuta mübadilə məntəqələrinin geniş yoxlanışına qədər. Əsas hədəflərdən biri İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı hesablar ola bilər.

Əgər BƏƏ buna getsə, Tehran üçün xarici valyutaya və qlobal ticarət şəbəkələrinə çıxış imkanları ciddi şəkildə məhdudlaşacaq.

BƏƏ uzun illər ərzində İran şirkətləri və fərdi şəxslər üçün Qərb sanksiyalarından yayınmaq məqsədilə maliyyə mərkəzi rolunu oynayıb”, – deyə qeyd edilib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ