Zelenski: Britaniya və Fransadan heç bir nüvə silahı təklifi gəlməyib


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, əgər belə bir təklif irəli sürülsə, Ukrayna Böyük Britaniya və Fransadan nüvə silahı almağa müsbət yanaşardı.

Turkustan.az xəbər verir ki, lakin o qeyd edib ki, indiyədək bu istiqamətdə rəsmi təklif verilməyib.

“Sky News”a müsahibəsində Zelenski Rusiyanın işğal etdiyi ərazilərin geri qaytarılmasının hazırkı mərhələdə asan olmayacağını vurğulayıb: “Bu, çoxlu itkilərə səbəb ola bilər. Rusiya döyüş meydanında qalib gəlmir, amma biz də uduzmuruq”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ