Hillari Klinton Jeffrey Epsteinlə bağlı istintaq çərçivəsində Nyu-Yorkda qapalı iclasda ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi üzvləri qarşısında ifadə verməyə başlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ mediası keçmiş prezident Bill Klintonun həyat yoldaşı və sabiq dövlət katibi Klintonun Nyu-Yorkda keçirilən qapalı dinləmədə Konqres üzvlərinin suallarını cavablandırdığını bildirib.
Qapalı iclas zamanı Klinton Epşteyn sənədlərində adı hallanan özü və əri ilə bağlı iddialara dair suallara cavab verib.
Dinləmənin keçirildiyi Nyu-York ştatının Çappaqua şəhərində yerləşən ifaçılıq sənəti mərkəzinin qarşısında jurnalistlərə açıqlama verən komitə sədri, respublikaçı Ceyms Komer dinləmənin Amerika ictimaiyyəti üçün əhəmiyyətini vurğulayıb.
Komer bildirib ki, Hillari Klinton bu gün, Bill Klinton isə sabah ifadə verəcək və Konqres üzvlərinin suallarını cavablandıracaq.
Aytən Yaşar/ Turkustan.az