ABŞ prezidenti Donald Trump ilə Demokrat Konqres üzvü Ilhan Omar arasında immiqrasiya siyasəti ilə bağlı qarşılıqlı ittihamlar səslənib.
Turkustan.az xəbər verir ki, Ömərin Trampa ünvanladığı “Amerikalıları öldürdünüz, özünüzdən utanmalısınız” ifadəsi diqqət çəkib.
İkinci prezidentlik müddətində ilk dəfə “Birliyin vəziyyəti” ilə bağlı çıxış edən Tramp Konqresdə sərt bəyanatlar verib. O, demokratları sərhəd təhlükəsizliyini təmin edə bilməməkdə günahlandırıb və deyib:
“Bu gecə bütün Konqres üzvlərini administrasiyama qoşulmağa və fundamental bir prinsipi təsdiqləməyə dəvət edirəm. Əgər bu bəyanatla razısınızsa, ayağa qalxın və dəstəyinizi göstərin. Amerika hökumətinin ilk vəzifəsi qanunsuz immiqrantları deyil, Amerika vətəndaşlarını qorumaqdır.”
Tramp çıxışında Konqres üzvlərini dəstək əlaməti olaraq ayağa qalxmağa çağırıb.



Aytən Yaşar/ Turkustan.az