"Qarabağ"da mövsümün sonunda köklü dəyişikliklər gözlənilir.
Çempionlar Liqasında mübarizəni dayandıran Ağdam təmsilçisi növbəti mövsüm üçün hazırlıqlara başlayıb.
Bəzi adlar artıq komandada olmayacaq:
Bədavi Hüseynov: Karyerasını bitirəcəyi gözlənilir.
Ramil Şeydayev: Mövsüm sonu müqaviləsi yenilənməyəcək.
Bəhlul Mustafazadə: Gələcəyi qeyri-müəyyəndir, legioner həyatı yaşamaq istəyir.
Sami Mmaye: İcarə müqaviləsi bitir, transfer hüquqları alınmayacaq.
Kris Kuaku: Yayda icarəyə veriləcəyi və ya satılacağı gözlənilir.
Fabian Buntiç: Yeni mövsümdə komandada qalma ehtimalı çox azdır.
Marko Yankoviç və Mateuş Koxalski: Rəsmi təklif gələrsə, satılacaqlar. /fanat.az/