Əsrin sonunadək dünyada ən çox insan bu dinə inanacaq


Mövcud demoqrafik tendensiyalar davam edərsə, dünyada ən çox insanın mənsub olduğu din İslam olacaq. Əsrin sonunda İslama inanan 3,91 milyard insan olacağı gözlənilir.

Turkustan.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Pew” Araşdırma Mərkəzinin 2100-cü il üçün proqnozunda deyilir.

İslamdan sonra hinduizm 3,78 milyard, xristianlıq isə 3,1 milyard insanla ikinci və üçüncü yerləri tutacaq. Özünü ateist və ya heç bir dinə mənsub olmayan kimi təqdim edənlərin sayı 1,09 milyard, deistlərin sayı 224,2 milyon, yəhudilərin sayı isə 19,6 milyon nəfər olaraq proqnozlaşdırılır.

“Pew”un məlumatları doğum nisbətləri, yaş bölgüsü və regional demoqrafik dəyişikliklər kimi amillərə əsaslanır. Bildirilir ki, bu proqnozlar mövcud tendensiyalara əsaslanır və uzunmüddətli sosial-iqtisadi dəyişikliklərdən asılı olaraq dəyişə bilər.

2100-cü il üçün dinlər üzrə insan sayı:

İslam – 3,91 milyard insan,

Hinduizm – 3,78 milyard insan,

Xristianlıq – 3,1 milyard insan,

Ateist / Məlumatsız – 1,09 milyard insan,

Deist – 224,2 milyon insan,

Yəhudilik – 19,6 milyon insan.


MANŞET XƏBƏRLƏRİ