Almaniyadan İsrail və Livandakı vətəndaşlarına xəbərdarlıq


Almaniyanın Xarici İşlər Nazirliyi ABŞ-ın İrana mümkün hücumu və bunun İsrailə, eləcə də regionun digər ölkələrinə təsirləri fonunda bölgədəki alman vətəndaşlarını təhlükəsizlik tədbirləri görməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Almaniyanın Təl-Əvivdəki səfirliyinin yaydığı məlumatda İsraildə yaşayan almanlara hava məkanı bağlanacağı təqdirdə, bir müddət olduqları yerdə qalmağa hazır olmaları bildirilib.

Qeyd edilib ki, ABŞ İrana zərbə endirəcəyi təqdirdə, İsraildəki hədəflərin İran tərəfindən hücuma məruz qalacağı gözlənilir. Hava məkanı bağlandıqda səfirlik və Xarici İşlər Nazirliyi tərəfindən göstərilə biləcək dəstək imkanlarının məhdud olacağı bildirilərək, vətəndaşlara yaxınlaşan raket hücumları barədə xəbərdaredici mobil tətbiqi telefonlarına quraşdırmaları tövsiyə olunub.

Almaniya XİN Livandakı vətəndaşlarına da vəziyyətin gərginləşə biləcəyi barədə xəbərdarlıq edib. Almaniyanın Beyrutdakı səfirliyi vurğulayıb ki, vəziyyət daha da kəskinləşərsə istənilən vaxt uçuş məhdudiyyətləri tətbiq oluna bilər. Almaniya vətəndaşlarına səyahət və təhlükəsizlik xəbərdarlıqlarını diqqətlə izləmək, həmçinin ərzaq, içməli su və yanacaq ehtiyatı toplamaq tövsiyə olunub. /axar.az/


MANŞET XƏBƏRLƏRİ