Merz: Artıq heç kim Çini görməzdən gələ bilməz


Almaniya kansleri Fridrix Merts bildirib ki, artıq heç kim Çini görməzdən gələ bilməz və əsas qlobal siyasi problemlər Pekinin iştirakı olmadan həll edilə bilməz.

Turkustan.az xəbər verir ki, Çinə yola düşməzdən əvvəl hava limanında çıxış edən Fridrix Merz bildirib ki, "Çin böyük bir gücə çevrilib. Bu, Çin siyasətimizdə nəzərə alınmalıdır. Artıq heç kim Çini görməzdən gələ bilməz. Bu gün əsas qlobal siyasi problemlər Pekinin iştirakı olmadan həll edilə bilməz".

Kansler Merz, bugünkü böyük böhranlara və müharibələrə son qoymaq üçün əməkdaşlığın vacib olduğunu vurğulayaraq bildirib: "Bu, Rusiyanın Ukraynaya qarşı dörd illik müharibəsinə son qoymaq səylərimizə də aiddir. Çinin bu məsələdə böyük təsiri var və mühüm amil olacaq. Pekinin səsi Moskvada eşidilir. Səfərim zamanı bu məsələni müzakirə etmək istəyirik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ