Dünyada və Azərbaycanda 1 saatlıq əməyin dəyəri neçədir? - RƏQƏMLƏR


Beynəlxalq Əmək Təşkilatı ölkələr üzrə əmək məhsuldarlığına dair statistikanı açıqlayıb.

Turkustan.az-ın məlumatına görə, Azərbaycanda əmək məhsuldarlığı 26,4 dollar (44,2 manat) səviyyəsində qiymətləndirilib. Bu göstərici bir iş saatına düşən ümumi daxili məhsulun (ÜDM) həcmini əks etdirir.

Azərbaycan bu göstərici ilə İranı (23,6 dollar), Ermənistanı (26 dollar), Özbəkistanı (13,7 dollar) və Qırğızıstanı (10 dollar) geridə qoyur.

Ümumilikdə, qonşu və Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə əmək məhsuldarlığı aşağıdakı kimidir:

Rusiya – 43,2 dollar

Qazaxıstan – 41,5 dollar

Türkiyə – 40,9 dollar

Gürcüstan – 29,5 dollar

Türkmənistan – 27,9 dollar

Ermənistan – 26 dollar

İran – 23,6 dollar

Özbəkistan – 13,7 dollar

Qırğızıstan – 10 dollar

Əmək məhsuldarlığının ən yüksək olduğu ölkələr sırasında isə İrlandiya (164,7 dollar), Lüksemburq (159,5 dollar), Norveç (125,6 dollar), Niderland (92,3 dollar), Danimarka (92,2 dollar), Belçika (91,5 dollar), Avstriya (86,7 dollar), İsveçrə (85,8 dollar) və İsveç (83,9 dollar) yer alır./modern.az


MANŞET XƏBƏRLƏRİ