Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan F-16 qırıcı təyyarəsinin qəzaya uğramasından danışıb.
Turkustan.az xəbər verir ki, Ərdoğan bu məsələyə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında münasibət bildirib.
Prezident hadisə nəticəsində bir hərbçinin həlak olduğunu söyləyib.
Ərdoğan həmçinin qəza ilə bağlı müvafiq yoxlamaların və araşdırmaların başladığını vurğulayıb.
Xatırladaq ki, Balıkesir şəhərində Türkiyə Hərbi Hava Qüvvələrinə aid F-16 təyyarəsi qəzaya uğrayıb və pilot şəhid olub./Globalinfo.az